İsveç iki müxalifətçini Belarusa ekstradisiya edib
İsveç iki müxalifətçini - 2020-ci il prezident seçkiləri kampaniyası zamanı etiraz aksiyalarının iştirakçılarını Belarusa ekstradisiya edib. Bu barədə İsveçin Ekot radiosu vəkil Stefan Krstiçə istinadən məlumat yayıb.
Belarus vətəndaşı iki il əvvəl anası ilə birlikdə İsveçə gələrək sığınacaq istəyib. İsveç hakimiyyəti bilirdi ki, Belarusda onlara qarşı cinayət işi başlanıb.
Lakin keçən il onların sığınacaq üçün müraciətləri rədd edildi və bir həftə əvvəl onlar İsveçdən Belarusa deportasiya olundular.
Yaxınlarının dediyinə görə, müxalifətçilər düz sərhəddə həbs edilərək Minskdəki istintaq təcridxanasına aparılıblar.
İsveç Miqrasiya Agentliyi hadisənin səbəbləri ilə bağlı təfərrüatlı şərh verməkdən imtina edərək, bu işdən xəbərdar olduqlarını və qurumun hərəkətlərinə görə tənqidlərə məruz qaldığını bildirib.
Oxuməni.az








































.jpg)










































.jpg)











