ABŞ və Çin arasında hərbi danışıqlardan məlum olub
ABŞ və Çin Hind-Sakit okean regionunda gərginliyi azaltmaq üçün tezliklə yüksək səviyyəli hərbi təmaslar keçirəcək. Bu barədə mənbələrə istinadən Fox News telekanalı məlumat yayıb.
Söhbət hər iki ölkədən “Asiya əməliyyat teatrının komandirləri”nin iştirak edəcəyi telefon danışıqlarından gedir.
Son zamanlar Cənubi Çin dənizində insidentlərin tez-tez baş verməsi gərginliyin artmasına səbəb olub. Çin sahil mühafizə gəmiləri Filippin gəmilərini yerindən çıxarmağa çalışıb və toqquşma halları qeydə alınıb. Avqustun 28-də Filippin Cənubi Çin dənizindəki insidentlər fonunda ABŞ-Filippin Qarşılıqlı Müdafiə Müqaviləsinin əhatə dairəsini genişləndirməyi təklif edib.
Çin uzun müddətdir ki, şelfdə nəhəng karbohidrogen ehtiyatlarının aşkar olunduğu Cənubi Çin dənizindəki ayrı-ayrı adaların ərazi mülkiyyəti ilə bağlı bəzi ölkələrlə mübahisələr aparır.
Bundan əvvəl Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirmişdi ki, ABŞ müttəfiqləri ilə birlikdə Asiya-Sakit okean regionunda uzunmüddətli gərginlik mənbəyi yaratmağa çalışır.
Oxuməni.az








































.jpg)










































.jpg)











