İran Rusiyaya ballistik raketlər verməyə başlayır

İran Rusiyaya ballistik raketlər verməyə başlayır

3 Sentyabr 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

“Bloomberg” agentliyi məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verir ki, Avropa
rəsmiləri İranın yaxın vaxtlarda Rusiyaya ballistik raketlər göndərəcəyini gözləyirlər .
İran artıq Rusiyaya çoxlu “Şahed” pilotsuz uçan aparatları tədarük edib ki, bu da rus qoşunları
tərəfindən hər gün Ukrayna şəhərlərinə hücum etmək üçün istifadə olunur. Bu ilin əvvəlində
“Reuters” agentliyi Tehranın Moskvaya 400-ə yaxın ballistik raket ötürə biləcəyini yazıb.
“Bloomberg” mənbələri mümkün çatdırılma vaxtları, raketlərin növü və ya çatdırılma miqyasını
açıqlamasa da, onlardan biri tədarüklərin bir neçə gün ərzində başlaya biləcəyini irəli sürüb.
İran, xüsusilə də, 120 km-ə qədər mənzilə malik “FƏTH-360” raketləri ilə silahlanıb, onların
mümkün tədarükü “Reuters” materialında qeyd edilirdi. Bununla belə, İranın əhəmiyyətli
dərəcədə daha uzun mənzilli raketləri də var, xüsusən də radiusu 2500 km-ə çatan “Sacil” - qəbul
edilmiş təsnifata görə, bu, orta mənzilli raketdir.
Agentlik qeyd edir ki, Birləşmiş Ştatlar və NATO müttəfiqləri Tehranı belə bir addımla bağlı
dəfələrlə xəbərdar edib və bunun qarşısını almaq üçün diplomatik səylər göstəriblər. “Reuters”
agentliyinin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi deyib ki, İranın
Rusiyaya bu sinifdə silah tədarük etməsi Ukraynaya qarşı təcavüzün genişlənməsi kimi
qiymətləndiriləcək və ABŞ, həmçinin NATO və G7 ölkələri bu hərəkətlərə “tez və sərt cavab”
vermək üçün buna hazırdırlar. Hansı ki, cavabın necə olacağı dəqiqləşdirilməyib.