Rusiya HƏMAS-ın girovları ilə bağlı İsraillə əlaqə saxlayıb

Rusiya HƏMAS-ın girovları ilə bağlı İsraillə əlaqə saxlayıb

4 Sentyabr 09:11
Bəyəndim (0) Bəyənmədim (0)



Rusiya Fələstinin Həmas qruplaşmasının Qəzza zolağında saxladığı girovların azad edilməsi məsələsində İsraillə təmaslarını davam etdirir.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.

“İsrail tərəfi ilə təmaslarımızı davam etdiririk”, - deyə o, İsrailin HƏMAS-ın əsirliyindən insanları azad etmək üçün Rusiya tərəfinə müraciət edib-etmədiyi sualına cavab verib.

Sentyabrın 3-də TASS HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının rəsmi nümayəndəsinə istinadən yazıb ki, Qəzza zolağında israilli girovları qoruyan mühafizəçilər İsrail hərbçilərinin onların saxlandıqları yerlərə yaxınlaşacağı təqdirdə xüsusi göstərişlər alıblar. .

Sentyabrın 1-də yarım milyon israilli girovların tezliklə azad edilməsi üçün Təl-Əvivdə mitinqə çıxdı.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu rusiyalı Aleksandr Lobanovun valideynlərinə zəng edərək, oğullarını əsirlikdən sağ-salamat xilas etmək mümkün olmadığına görə onlardan üzr istəyib.

Oxuməni.az