Ritter ABŞ sanksiyalarına görə Rusiya mediası ilə əməkdaşlığı dayandıracaq

Ritter ABŞ sanksiyalarına görə Rusiya mediası ilə əməkdaşlığı dayandıracaq

5 Sentyabr 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Eks amerikalı kəşfiyyat zabiti və BMT-nin keçmiş müfəttişi Scott Ritter ABŞ sanksiyaları səbəbindən RT və Sputnik də daxil olmaqla Rusiya mediası ilə əməkdaşlığı dayandırdığını açıqlayıb.

“Maliyyə Nazirliyinin RT, Sputnik və digər Rusiya KİV-lərinə qarşı yeni sanksiyalar tətbiq etməsi ona gətirib çıxardı ki, mən RT və Sputnik-də ştatdankənar işçi kimi işləməyə davam edə, o cümlədən müsahibələr verə bilməyəcəm.

Ritter vurğulayıb ki, onun Rusiya mətbuatı ilə fəaliyyəti “qanuni jurnalistika” nümunəsidir və onun reportajı “faktiki cəhətdən düzgün və analitik cəhətdən əsaslandırılıb”.

“Bununla belə, mən Amerika qanunlarına tamamilə tabeyəm və buna görə də RT və Sputnik ilə bütün müqavilə münasibətlərini dərhal kəsirəm, həmçinin ABŞ hakimiyyəti bunu qanuni hesab edənə qədər sanksiyaya məruz qalan şəxslər və təşkilatlarla hər hansı media əlaqəsində iştirakımı dayandırıram”, - ekspert qeyd edib.

Oxuməni.az