Əfqanıstan  Qırğızıstanın Talibanı terror təşkilatları siyahısından çıxarmaq qərarını alqışlayır

Əfqanıstan Qırğızıstanın Talibanı terror təşkilatları siyahısından çıxarmaq qərarını alqışlayır

6 Sentyabr 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstanın Xarici İşlər Nazirliyi Qırğızıstan hakimiyyətinin Taliban hərəkatını respublika ərazisində fəaliyyəti qadağan olunmuş terrorçu və ekstremist təşkilatlar siyahısından çıxarmaq qərarını alqışlayır. Müvafiq bəyanat Əfqanıstanın diplomatik departamentinin saytında yerləşdirilib.

“Əfqanıstan İslam Əmirliyinin Xarici İşlər Nazirliyi Qırğızıstan Respublikasının əvvəllər Əfqanıstan İslam Əmirliyi ilə əlaqəli olan Taliban hərəkatını qadağan olunmuş qruplar siyahısından çıxarmaq qərarını yüksək qiymətləndirir və alqışlayır.

Digər ölkələrin hərəkətləri ilə eyni vaxtda Qırğızıstanın atdığı addım Əfqanıstan İslam Əmirliyinin həm regional, həm də beynəlxalq aləmdə artan siyasi tanınmasını ifadə edir, həmçinin Əfqanıstan İslam Əmirliyi ilə digər ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsi qarşısındakı maneəni aradan qaldırır”. bəyanatda deyilir.

Oxuməni.az