Tramp və Harris ilk debatlarını keçirdilər

Tramp və Harris ilk debatlarını keçirdilər

11 Sentyabr 07:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-da prezidentliyə namizədlər Kəmalə Harris və Donald Tramp arasında ilk debat keçirilib. ABŞ-ın keçmiş prezidenti və indiki vitse-prezidenti bir sıra daxili siyasi məsələləri, eyni zamanda xarici siyasət, o cümlədən Ukrayna məsələsini də müzakirə ediblər.

90 dəqiqə davam etməli olan debat bir qədər də uzandı. Xüsusilə Trampın uzun-uzadı cavablarına görə. CNN-in hesablamalarına görə, keçmiş prezident ümumilikdə 43 dəqiqə, rəqibi isə 37,5 dəqiqə danışıb.

Ümumiyyətlə, debatlarda xarici siyasət mövzularından çox iqtisadiyyat, miqrantlarla bağlı problemlər, abortların qadağan edilməsi, demokratiyanın qorunması və hakimiyyətin sülh yolu ilə ötürülməsi, tibb və s. kimi daxili siyasət məsələləri diqqət mərkəzində olub. Bununla belə, Rusiyanın Ukraynaya qarşı müharibəsi, İsraillə HƏMAS arasındakı münaqişə də öz yerini tapıb.

Oxuməni.az