Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə sahəsində memorandum imzalayıb

Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə sahəsində memorandum imzalayıb

10 Sentyabr 22:33
Bəyəndim (5) Bəyənmədim (0)


Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə sahəsində üçtərəfli memorandum imzalayıblar, Türkiyənin Milli Müdafiə Nazirliyi öz X sosial şəbəkəsində bildirib.
Sənəd Batumidə üç ölkənin müdafiə nazirlərinin 11-ci görüşünün yekunları üzrə imzalanıb. Görüşdə ikitərəfli və üçtərəfli formatda birgə hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Memorandumu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​və Gürcüstanın müdafiə naziri İrakli Çikovani imzalayıblar.
Memorandumun preambulasında bildirilir ki, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu heç kimin Avropaya çıxışını kəsmir və buna görə də regionda geosiyasi dəyişikliyi ifadə etmir., - Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial şəbəkəsində deyilir.