Tramp: ABŞ Ukraynadakı müharibədən çıxmalıdır
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib ki, Amerika Ukraynadakı müharibədən çıxmalıdır. Lakin onun sözlərinə görə, indiki Ağ Ev administrasiyasının bunu etmək planı yoxdur.
"Bayden və Harris bizi Ukraynadakı bu müharibəyə soxdular, indi isə bizi oradan çıxara bilmirlər. Bizi oradan çıxara bilməzlər", - Tramp deyib.
Reuters qeyd edir ki, ABŞ-ın Ukraynada heç bir qoşunu yoxdur, lakin bu ölkəyə milyardlarla dollarlıq hərbi və humanitar yardım göstərib.
Öz növbəsində Tramp danışıqlara nail olacağını bildirib. Amma o, prezident olmasa, ABŞ Rusiya-Ukrayna müharibəsində ilişib qalacaq.
Oxuməni.az
Digər xəbərlər