Prezident Ərdoğan Nyu-Yorkdakı Türkiyə Evində Paşinyanı qəbul edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkdakı Türkiyə Evində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsindən verilən məlumata görə, əsas müzakirə mövzuları Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və Ermənistanla Azərbaycan arasında sülh prosesləri olub.
“Türkiyə yeni dövrdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına və iki ölkə arasında möhkəm dostluğun formalaşmasına tərəfdardır. Bu prosesi asanlaşdırmaq üçün səylər davam edir”, - Türkiyə liderinin mətbuat xidməti xəbər verir.
Ərdoğan həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm irəliləyişləri qeyd edib. “Ölkələrimiz arasında münasibətlərin qeyd-şərtsiz normallaşması istiqamətində mühüm irəliləyiş əldə olunub”, - deyə prezident bildirib. O, dialoqun davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.
Görüş zamanı Ərdoğan Paşinyana geniş spektrli qlobal problemlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasında islahatlara həsr olunmuş “Daha ədalətli dünya mümkündür” müəllifi olduğu kitabını hədiyyə edib.
Görüşdə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak edib.
Almaz