İsrail İrana oktyabrın 7-nə keçən gecə cavab zərbəsi endirməyə hazırlaşır
İsrail ordusu İrandan ölkəyə edilən kütləvi raket hücumuna İsrail rəhbərliyinin uyğun hesab etdiyi şəkildə cavab verəcək.
Ordunun mətbuat xidmətinin məlumatına görə, bunu brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
"İranın bu cinayətkar hücumuna nə vaxt və necə cavab verəcəyimiz İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun olacaq", - o bildirib.
Britaniyanın "The Guardian" nəşri isə İsrailin oktyabrın 7-nə keçən gecə İrana cavab zərbəsi endirməyə hazırlaşdığını yazıb.
Nəşrin məlumatına görə, bu, 2023-cü ildə İsraildə onlarla insanın ölümünə səbəb olan HƏMAS hücumunun ildönümündə baş verəcək.
Qeyd edək ki, bu il oktyabrın 1-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirib. İrandan İsrailə yüzlərlə raket atılıb.
Almaz Həsənli