Harris İranı ABŞ-ın əsas düşməni adlandırıb

Harris İranı ABŞ-ın əsas düşməni adlandırıb

8 Oktyabr 14:51
Bəyəndim (7) Bəyənmədim (0)


Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris bildirib ki, İran hazırda ABŞ-ın əsas düşmənidir.
Harris “CBS” telekanalına verdiyi müsahibədə ABŞ-ın hansı rəqibinin əsas rəqib olduğuna inandığını soruşduqda, "Düşünürəm və açıq-aydın ağlıma gələn İrandır" dedi.
Onun sözlərinə görə, “İranın əlində amerikalıların qanı var”.
ABŞ-ın vitse-prezidenti onu da bildirib ki, seçkilər nəticəsində Ağ Evin rəhbəri olarsa, İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışacaq.
Harris daha əvvəl demişdi ki, seçkidə qalib gələrsə, ABŞ-ı “dünyanın ən ölümcül döyüş qüvvəsi” ilə təmin edəcək.
Eyni zamanda o, aparıcının İranın nüvə silahı yaratmasına dair sübutlarının olub-olmaması sualına cavab verməyib.
Almaz Həsənli