Oktyabr ayında Maskın Trampı dəstəkləmək üçün nə qədər pul xərclədiyi məlum olub
Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı fəal şəkildə dəstəkləməyə davam edir.
İlon Mask oktyabrın ilk iki həftəsində Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezidentlik kampaniyasına dəstək üçün 43 milyon dollardan çox pul verib. Bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrdə qeyd edildiyi kimi, Mask ayın birinci yarısında Trampı dəstəkləyən “superkomitə” siyasi aksiyasına 43,6 milyon dollar xərcləyib. Bundan əlavə, həmin dövrdə o, ABŞ Senatında Respublikaçılar Partiyasını dəstəkləmək üçün 10 milyon dollar xərcləyib.
Belə ki, nəşrin məlumatına görə, Maskın Tramp və Respublikaçılara dəstək üçün xərclədiyi vəsaitin ümumi məbləği 118 milyon dollar təşkil edib.
Almaz Həsənli