İslamabadda Azərbaycan-Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin dördüncü raundu keçirilir
İslamabadda Azərbaycan-Pakistan ikitərəfli siyasi məsləhətləşmələrinin dördüncü raundu keçirilib.
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistana səfəri çərçivəsində Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Pakistan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər katibi Amna Bəluç rəhbərlik edib.
Tərəflər ikitərəfli münasibətlərin bütün spektrini, o cümlədən ticarət, enerji, informasiya texnologiyaları, müdafiə, səhiyyə və təhsil sahələrindəki əməkdaşlığı müzakirə ediblər.
Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Şəfqət Əli Xanın sözlərinə görə, tərəflər bir sıra regional və beynəlxalq məsələləri də nəzərdən keçiriblər.
Oxuməni.az
Digər xəbərlər