Venesuela qeyri-qanuni miqrantları qəbul etməyə razılaşıb
ABŞ prezidenti Donald Tramp ABŞ ərazisində qeyri-qanuni olan bütün vətəndaşlarını qəbul etməyə razılıq verən Venesuela ilə razılığa gəlib.. Tramp iddia edir ki, Karakas ABŞ-a giriş icazəsi olmayan bütün Venesuela vətəndaşlarını, o cümlədən Tren de Aragua cinayətkar dəstəsinin üzvlərini geri qaytarmağa razılaşıb.
Bundan əlavə, Amerika liderinin bəyanatına görə, Venesuela bu miqrantların vətənlərinə qaytarılması prosesinin təşkili və maliyyələşdirilməsini öz üzərinə götürür.
Yanvarın sonunda Donald Tramp administrasiyasının miqrantlara qarşı elan etdiyi genişmiqyaslı reydlər Nyu-Yorkda başlayıb. Federallər yerli hakimiyyət orqanları ilə mərkəz arasında qarşılıqlı əlaqənin məhdud olduğu ərazilərdə miqrantları saxlayır. Qeyd olunur ki, təhlükəsizlik qüvvələri cinayətkarları axtarır, lakin onlar qeyri-qanuni mühacirləri də yaxalaya bilirlər.
Yanvarın 27-də ABŞ-ın yeni müdafiə naziri Pete Hegseth bildirib ki, Pentaqon əlavə qoşunlar da daxil olmaqla, ABŞ və Meksika arasındakı sərhədə nəzarət etmək üçün bütün lazımi resursları təmin edəcək. Tramp qeyd edib ki, o, sərhəddə divarın tikintisini başa çatdırmaq istəyir.
Tramp daha əvvəl həbs olunan qeyri-qanuni mühacirlərin sayının artırılması barədə göstəriş vermişdi.
Əziz Mustafa, Oxuməni.az