Şiə İsmaili müsəlmanlarının ruhani lideri Şahzadə IV Kərim Ağa Xan vəfat edib
Şahzadə Kərim Ağa Xan IV Lissabonda vəfat edib. Şiə İsmaili müsəlmanlarının ruhani lideri 88 yaşında vəfat edib. Bu barədə “Daily Mail” yazır.
IV Kərim Ağa Xan şiə ismaililərin irsi imamı idi. O, Ağa Xan İnkişaf Şəbəkəsini (AKDN) təsis edib və sədri olub. Onun ölüm xəbəri şəbəkəsinin rəsmi hesablarında da yayılıb. IV Kərim Ağa Xan fevralın 4-də Lissabonda "dinc şəkildə öldü". Ölümün dəqiq səbəbi açıqlanmayıb.
Ağa Xan 1957-ci ildə 20 yaşında babasından sonra imam oldu. On il sonra o, Ağa Xan İnkişaf Şəbəkəsini təsis etdi. AKDN təhsil, səhiyyə, memarlıq, iqtisadiyyat və mədəniyyət sahələrində həyatın yaxşılaşdırılması üzrə agentliklər şəbəkəsidir. Şəbəkə əsasən Asiya və Afrikada fəaliyyət göstərir və Mərkəzi Asiyanın ən nüfuzlu təşkilatlarından biri hesab olunur.
2000-ci ildə AKDN-nin köməyi ilə Mərkəzi Asiya Universiteti yaradılıb və hazırda Tacikistan və Qırğızıstanda kampusları var. Qazaxıstanda kampusun açılması da planlaşdırılır. Bundan əlavə, Qazaxıstan Respublikasında musiqi sənətinin inkişafına kömək edən AKDN proqramı fəaliyyət göstərir.
AKDN-nin yeni sədrinin adı daha sonra açıqlanacaq.
İsmaili müsəlmanları Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Asiya, Saharadan cənub-qərb Afrika, Avropa və Şimali Amerikada yaşayan, müxtəlif mədəniyyətləri, dilləri və millətləri təmsil edən üzvləri olan qlobal, çoxmillətli bir cəmiyyətdir.
İsmaili müsəlmanları Quranı simvolik şəkildə şərh edən və dini iyerarxiyaya inanan şiə İslam məzhəbidir.
Onların sayı dünyada təxminən 15 milyondur və Ağa Xan rəhbərlik edir.
Almaz Həsənli