
Azərbaycan və Ermənistan sülh sazişini bu şəhərdə imzalayacaqlar
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək paraddan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti mənbələrə istinadla məlumat yayıb.
"Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Alma-Atada hansısa sülh sənədi imzalayacaqlar. Paşinyan Alma-Ata bəyannaməsini Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə qoyduğu üçün imzalanma yeri kimi Qazaxıstan, Alma-Ata təsadüfən seçilməyib,”-məlumatda deyilir.
“Joxovurd” qəzeti bu məlumatı Ermənistan Respublikasının baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanla dəqiqləşdirməyə çalışıb, lakin o, şərh verməkdən imtina edib”, – nəşr yazır.
Almaz Həsənli