Bloomberg: Avropa liderləri ABŞ-ın sülh planını Zelenski ilə müzakirə edəcəklər

Bloomberg: Avropa liderləri ABŞ-ın sülh planını Zelenski ilə müzakirə edəcəklər

22 Noyabr 2025 14:03
Bəyəndim (0) Bəyənmədim (0)


“Bloomberg” xəbər verir ki, Avropa liderləri ABŞ-ın müharibəyə son qoymaq planı ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski ilə təcili məsləhətləşmələrə hazırlaşırlar.
Almaniya kansleri Fridrix Merts telefon danışığında iştirak etmək üçün cümə günü planlaşdırılan görüşünü ləğv edib. Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer də müzakirələrə qoşulacaqlar.
Nəşr yazır ki, Vaşinqton müqavilənin hazırlanması prosesində Avropa ölkələrini əhəmiyyətli dərəcədə kənarda qoyub. Bununla belə, Avropanın mövqeyi Kiyevin gələcək qərarlarında əsas rol oynayacaq.
Mənbənin məlumatına görə, Avropa liderləri gələcək strategiyanı müəyyən etmək üçün 22 noyabrda Cənubi Afrikada keçiriləcək G20 sammiti çərçivəsində görüşəcəklər. "Donald Trampa qarşı müsbət münasibəti ilə tanınan" Finlandiya prezidenti Aleksandr Stubbın məsləhətləşmələrdə iştirakı gözlənilir.
Başqa bir mənbə bildirib ki, Avropa liderləri də Vaşinqtonun təklif etdiyi təşəbbüsü müzakirə etmək üçün ABŞ nümayəndələri ilə telefon danışığı təşkil etməyə çalışırlar.
“Sky News” xəbər verir ki, Zelenski və Donald Tramp gələn həftə ABŞ-ın sülh planını telefonla müzakirə edəcəklər.
Almaz Həsənli