
Əfqanıstanda Türkiyə səfirliyinə məxsus avtomobil partladılıb
Əfqanıstan daxili işlər nazirinin müavini Eyyub Salanyi kamikadze terrorçu tərəfindən idarə olunan avtomobilin Türkiyə səfirliyinin avtomobili ilə toqquşduğunu açıqlayıb. Nəticədə səfirliyə məxsus avtomobilin sürücüsü ölüb, daha 1 nəfər yaralanıb. Hadisə Türkiyə, İran və Almaniya səfirliklərinin binalarına çox yaxın bir ərazidə baş verib. Terrora görə məsuliyyəti "Taliban"ın öz üzərinə götürdüyü bildirilir.
Mediainfo.az
Digər xəbərlər