ABŞ Suriya ordusuna əcnəbi cihadçıların cəlb edilməsinə razılıq verib

ABŞ Suriya ordusuna əcnəbi cihadçıların cəlb edilməsinə razılıq verib

3 İyun 10:44
Bəyəndim (3) Bəyənmədim (0)



ABŞ tərəfi Suriya rəhbərliyinin xarici cihadçıların ordu sıralarına daxil edilməsi planını təsdiqləyib, bir şərtlə ki, bu, şəffaf həyata keçirilsin.Bu barədə “Reuters” ABŞ prezidenti Donald Trampın sözçüsünə istinadən xəbər verir.
Suriya silahlı qüvvələrinin nümayəndələri agentliyə bildiriblər ki, plan ordunun 84-cü diviziyasının bölməsinə təxminən 3500 əcnəbi döyüşçünün qoşulmasını nəzərdə tutur. Bura əsasən Çindən və qonşu ölkələrdən olan uyğurlar daxil olacaq, “Reuters” yazır.
ABŞ prezidentinin Suriya üzrə xüsusi elçisi Tomas Barak bu fikirdədir ki, Suriyanın yeni administrasiyasına sadiq döyüşçüləri kənarda saxlamaqdansa, saxlamaq daha yaxşıdır.
Suriya Müdafiə Nazirliyinə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər ki, ölkənin müvəqqəti lideri Əhməd əl-Şaraa və onun ətrafı qərbli həmsöhbətlərini əmin ediblər ki, xarici döyüşçülərin orduya cəlb edilməsi təhlükəsizlik baxımından onların hərbi əməliyyatlarda iştirakdan imtina etmələri ilə müqayisədə daha az riskli olacaq. Onlar hesab edirlər ki, bu, onların “Əl-Qaidə” və ya “İslam Dövləti”nin təsiri altına düşməsinə səbəb ola bilər.
Almaz Həsənli