Zelenski: Putinin Donbasa münasibəti dəyişir

Zelenski: Putinin Donbasa münasibəti dəyişir

12 Fevral 2020 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və Ukrayna Prezidentləri Donbasda nizamlanmaya həsr olunmuş Norman sammitinin gedişində qarşılıqlı anlaşmaya gəliblər.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bunu Ukraynanın lideri Vladimir Zelenski bəyan edib.

Dövlət başçısının sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin dekabrın 9-da onu "çox şəffaf şəkildə başa düşdü".

"Görünür ki, əgər belə bir əlaqə, gözləriniz varsa, dərhal kimin qarşısında olduğunu, insanın nə olduğunu başa düşürsən. Bütün kəşfiyyat məlumatlarına baxmayaraq, mənə elə gəlir ki, Putin məni başa düşdü. O, başa düşür ki, bu müharibəni başa çatdırmaq lazımdır", — deyə "İnterfaks-Ukrayna" Agentliyinə istinadən məlumat verir.

Ölkə başçısı "Normand formatı"nda keçirilən görüşdə də Rusiyanın "Minsk razılaşmasının dəyişdirilməsi haqqında" düşünməyə hazır olduğunu hiss edib. Zelenski qeyd edib ki, "Normand dördlüyü"nin digər üzvləri — Fransa və Almaniya "Minsk" ə düzəlişin zəruriliyini artıq dərk ediblər.

Oxuməni.az