Lavrov Türkiyənin ittihamlarını qəbul etməyib

Lavrov Türkiyənin ittihamlarını qəbul etməyib

12 Fevral 2020 14:25
Bəyəndim (1) Bəyənmədim (0)

“Suriyada mülki əhaliyə aviazərbələr endirilmir”.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Vladimir Tarabrin deyib.

“Biz dəfələrlə bəyan etmişik ki, nə Rusiya, nə də Suriya silahlı qüvvələri dinc əhaliyə aviazərbələr endirir. Bütün aviazərbələr istisnasız olaraq Suriyada qanuni hakimiyyətə qarşı əlində silahla döyüşən terrorçu qruplaşmalara endirilir”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Moskva və Dəməşqi Suriyanın İdlib bölgəsində dinc əhaliyə aviazərbələr endirməkdə ittiham edib.

Oxuməni.az