Liderlərin görüşündə İdlib böhranı həllini tapa bilər

Liderlərin görüşündə İdlib böhranı həllini tapa bilər

19 Fevral 2020 09:00
Bəyəndim (1) Bəyənmədim (1)

İdlib böhranı ilə bağlı yeni barışıq martın əvvəlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında əldə edilə bilər.

Oxuməni.az xəbər verir ki, bunu Energetika Bazarları Siyasəti İnstitutunun direktoru Volkan Özdəmir bildirib.

"Türkiyə Suriyada daha bir hərbi hücuma cəhd edərsə, Qərb düşərgəsindən kömək gəlməyəcək. Bu məsələ Türkiyə ilə Rusiyanın əlaqələrini dondurmaq və ölkəni təkrar Qərbin düşərgəsinə çəkmək olar. İdlibdə sıxışıb qalmaq Türkiyəyə Liviyadan daha baha başa gələ bilər", - Özdəmir söyləyib.

İdlib məsələsinin Şərqi Aralıq dənizi ilə əlaqəli olduğuna diqqət çəkən Özdəmir Türkiyənin vaxtilə rus hərbi təyyarəsini vurmasından sonra da tək qaldığını vurğulayıb.

Özdəmir bildirib ki, liderlərin görüşündə İdlib böhranı həllini tapa bilər.

Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu açıqlamasında rusiyalı həmkarları ilə İdlib görüşünün nəticə verməyəcəyi təqdirdə hər iki ölkə prezidentinin görüşə biləcəyi mesajını verib.

Oxuməni.az