İsrail   2 min fələstinliyə güzəşt edib

İsrail 2 min fələstinliyə güzəşt edib

19 Fevral 2020 09:53
Bəyəndim (1) Bəyənmədim (1)

İsrail son bir neçə gün sərhəd ərazilərində nisbi sakitliyə görə Qəzza sektorunun vətəndaşlarına qarşı bəzi fövqəladə tədbirlərin tətbiqindən imtina edib.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Müdаfiə Nаzirliyinin Mətbuat mərkəzi məlumat yayıb.

Sanksiya tədbirlərinin dayandırılması haqqında qərar sərhəd sektorlarında raket atəşlərinin dayandırılmasından sonra İsrail hakimiyyəti tərəfindən qəbul edilib. Yəhudi dövlətinin hökuməti Fələstinin 2 min sakininin ölkəyə girişinə icazə verib.

İsrail ordusunun general-mayoru Kamil Abu-Rukunun sözlərinə görə, bu gündən balıqçılıq zonası 15 dəniz milinə qədər genişləndiriləcək.

Oxuməni.az