Donald Tramp iranlı nazir ilə senatorun görüşünə mənfi münasibət bildirib

Donald Tramp iranlı nazir ilə senatorun görüşünə mənfi münasibət bildirib

19 Fevral 2020 17:03
Bəyəndim (0) Bəyənmədim (1)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Münxen Təhlükəsizlik Konfransında ABŞ senatoru-demokrat Kris Merfi ilə görüşməsinə Prezident Donald Tramp mənfi münasibət bildirib.

Oxuməni.az xəbər verir ki, ABŞ Prezidenti bu görüşü qanunsuz adlandırıb və bildirib ki, “Loqan qanunu”na əsasən bu görüş qanuna ziddir. Belə ki, 1799-cu ildə Konqres tərəfindən qəbul edilən “Loqan qanunu”na görə rəsmi nümayəndələr ABŞ ilə ziddiyyətli mövqeyə malik olan dövlətilərin rəsmi nümayəndələri ilə icazəsiz görüşmək ixtiyarına malik deyillər. Bu qanunu pozan məmuru 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məsələyə İran Xarici İşlər Nazirliyinin təmsilçisi Abbas Müsəvi də münasibət açıqlayıb. O bildirib ki, M.C.Zərif beynəlxalq tədbirlər çərçivəsində ABŞ konqresmenlərinin xahişi ilə onlarla görüşür və İranın regional siyasətini izah edir.

Oxuməni.az