Avropa İttifaqı təcili iclas çağırıb

Avropa İttifaqı təcili iclas çağırıb

20 Fevral 2020 11:01
Bəyəndim (1) Bəyənmədim (0)

Fevralın 20-də Brüsseldə təcili sammit keçiriləcək.

Avropa İttifaqı ölkələrinin dövlət və hökumət başçıları 2021-ci ildən 2027-ci ilədək olan dövrü əhatə edən büdcə planını razılaşdıracaqlar.

Oxuməni.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Sammit yanvar ayının sonunda Avropa Şurasının prezidenti Çarlz Mişel tərəfindən çağırılıb. Əsas problem ondan ibarətdir ki, İngiltərənin Aİ-dan çıxmasından büdcədə “boşluq” yaranıb. İştirakçıların proqnozları optimistik deyil. Belə ki, Çexiyanın sədr müavini Andrey Babiş ölkələrin ortaq razılığa gələ bilməyəcəyini düşünür – təklif olunan büdcə layihəsinə ayrı-ayrı ölkələrin fikirləri arasındakı fərq çox böyükdür.

Oxuməni.az