Tramp Hindistanda mahnı və rəqslərlə qarşılandı

Tramp Hindistanda mahnı və rəqslərlə qarşılandı

24 Fevral 2020 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

İki günlük səfərlə Hindistana gələn ABŞ prezidenti Donald Trampın kartejini çoxsaylı artistlər, rəqqaslar və minlərlə sadə hindlilər salamladılar.

Oxuməni.az Vesti.ru-ya istinadən xəbər verir ki, ABŞ administrasiyasının rəhbəri Hindistana səfərinə Əhmədabad şəhəri ilə başlayıb.

Agentlərin verdiyi məlumata görə Trampın yüksək səviyyəli Hindistan rəsmiləri ilə görüşləri gözlənilir.

"Motera" kriket stadionunda "Namaste, Tramp" adlı mərasim planlaşdırılıb. Tramp ABŞ-ın Hindistana 3 milyard dollarlıq döyüş vertolyotları və digər hərbi texnika göndərəcəyini də söylədi.

Oxuməni.az