Putinin Sandersə kömək etdiyi məlum oldu

Putinin Sandersə kömək etdiyi məlum oldu

27 Fevral 2020 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Milyarder Maykl Blumberq ABŞ Prezidenti seçkilərində namizəd olmaq hüququ uğrunda mübarizə aparan demokratların müzakirələri zamanı bəyan edib ki, Rusiya onun rəqibinə, senator Berni Sandersə kömək edir ki, o, gələcəkdə hazırkı dövlət başçısı Respublikaçı Donald Trampı məğlub etsin.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Reutersun yaydığı məlumatda deyilir.

"Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Donald Tramp ABŞ-ın prezidenti olmalıdır və buna görə də Rusiya sizə kömək edir”, - deyə Blumberq bildirib.

Buna cavab olaraq Sanders Rusiya liderinə müraciət edərək bildirib ki, əgər o, prezident olarsa, Putin "artıq heç bir seçkiyə müdaxilə etməyəcək".

Oxuməni.az