Hücumun arxasında Rusiya dayanır

Hücumun arxasında Rusiya dayanır

29 Fevral 2020 08:30
Bəyəndim (2) Bəyənmədim (0)

Tripolidəki hücumların arxasında Rusiyanın olması ilə bağlı əlimizdə konkret faktlar var.

Oxuməni.az xəbər verir ki, bu sözləri Liviya Milli Razılaşma hökumətinin Daxili İşlər naziri Fethi Başağa deyib.

“Bundan sonra susmayacağıq. Haftar milislərinə aid mövqeləri hədəf alacağıq. Qarşı tərəfi Tripoli ətrafından uzaqlaşdırmaq üçün əks-hücumdan başqa çarəmiz yoxdur”, - deyə nazir bildirib.

Qeyd edək ki, Haftarın rəhbərliyindəki qüvvələr (Liviya Milli Ordusu) Mitiqa hava limanı istiqamətində intensiv əməliyyatlara başlayıb.

Oxuməni.az