İdlibdə toqquşmalar davam edir

İdlibdə toqquşmalar davam edir

6 Mart 2020 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və Türkiyə arasında atəşkəsin əldə edilməsinə baxmayaraq, İdlibdə silahlı insidentin baş verdiyi iddia edilib.

Oxuməni.az xəbər verir ki, belə bir iddia ilə Suriya İnsan Haqları Təşkilatı çıxış edib.

“Əsəd qüvvələri ilə İdlibdəki cihadçı dəstələr arasında silahlı qarşıdurma yaşanıb. Nəticədə 15 nəfər həyatını itirib”, – məlumatda bildirilib.

Qeyd edək ki, insidentlə bağlı rəsmi qurumlar heç bir məlumat yaymayıb.

Oxuməni.az