Aİ Trampın qadağasını müzakirə edəcək
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın bir ay müddətinə Avropadan ABŞ-a olan uçuşlara qadağa tətbiqini müzakirə edəcək.
Oxuməni.az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib.
"Prezident Donald Trampın uçuş qadağasını elan etməsinin ardınca bu gün biz vəziyyəti qiymətləndirəcəyik. İqtisadi iflasa yol verilməməlidir. Avropa COVID-19 virusunun yayılmasının qarşısını almaq, onun təsirə məruz qalanların sayını məhdudlaşdırmaq və tədqiqatları dəstəkləmək üçün bütün lazımi tədbirləri görür", - deyə Ş. Mişel qeyd edib.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar ABŞ Prezidenti D. Tramp 30 gün ərzində Avropadan ABŞ-a bütün sərnişin təyyarələrinin uçuşlarına qadağa qoyub.
Oxuməni.az
Digər xəbərlər































































.jpg)

.jpg)


.jpg)


























