Amerikalılar Astana formatını pozmaq üçün böyük oyun oynayır
Hazırda amerikalılar Astana formatını pozmaq üçün böyük oyun oynayır.
Oxuməni.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksey Fenenko İdliblə bağlı son siyasi-hərbi vəziyyəti şərh edərkən deyib.
O bildirib ki, Vaşinqton bu formatı Moskvanın Yaxın Şərqlə bağlı siyasətinin əsas mənbəyi olaraq görür:
“ABŞ nəyin bahasına olursa-olsun, Astana formatını dağıtmağı hədəfləyir. Amerikalıların fikrincə, bunun ən asan yolu Türkiyə ilə Rusiyanın bir-biri ilə qarşıdurmaya getməsidir. Bu səbəbdən imzalanan son müqavilə və razılaşmalar (Rusiya-Türkiyə razılaşmaları - red.) iki ölkə arasında müzakirə formatını və ortaq fəaliyyətləri qorumaq məqsədi güdür”.
Fenenko bildirib ki, hər iki tərəf istəkli olarsa, Ankara və Moskva İdlibdə uzunvədəli uğurlara nail ola bilər.
Oxuməni.az































































.jpg)

.jpg)


.jpg)


























