“İlham Əliyev eyni zamanda türk dünyasının liderlərindən olduğunu göstərdi"
Koronavirus pandemiyası ilə bağlı vəziyyət bəşəriyyət, o cümlədən türk dünyası ölkələri üçün bir çağırışdır. Azərbaycan bu fəlakətin ayaq açdığı ilk ölkələrdən biridir. Azərbaycan ilk gündən ölkə iqtisadiyyatına dəyən zərərin azaldılması və zərər çəkmiş insanlara dəstək üçün əlindən gələni etdi.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiyanın aparıcı maliyyə analitiklərindən biri, "Alpari" informasiya-analitik mərkəzinin rəhbəri Aleksandr Razuvayev Axar.az-a deyib.
Onun sözlərinə görə, Azərbaycanda karantin tətbiqinə görə həm sahibkarlar, həm də işsiz qalanlara müxtəlif ödənişlər təyin olundu ki, Bakının bu addımını müxtəlif ölkələr ondan daha gec tətbiq etdilər:
“Bakı bir növ bu mübarizədə flaqmana çevrildi. Bakının koronavirusla mübarizədə addımları effektlidir. Biz görürük ki, digər iqtisadiyyatlarda müşahidə olunan neqativlərin fonunda Azərbaycan ayaq üstə qala bilir. Üstəlik, Azərbaycan yeni bir problemlə üzləşdi - neftin qiymətinin kəskin aşağı düşməsi. Təbii ki, bu, ölkənin gəlirlərinə ciddi şəkildə toxundu. Ancaq Azərbaycanın ehtiyat fondu var, bu da neftin qiymətinin aşağı düşməsindən yaranan çatışmazlıqları stabilləşdirməyə imkan verir”.
A.Razuvayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev əsl lider olduğunu bir daha sübut etdi:
“İlham Əliyev eyni zamanda türk dünyasının liderlərindən olduğunu göstərdi. Vəziyyətə daha geniş baxaq - Azərbaycan xalqı bir-birinə kömək etməyə başladı. İnsanlar risk altında olanlara kömək etmək üçün fəaliyyətə başladılar və bununla da dövlətə kömək etdilər. Azərbaycan xalqı digər ölkələrdən fərqli olaraq “açılmış əl” yox, sıxılmış yumruq formasında olduğunu sübüt etdi. Bu, Azərbaycan liderinin və millətin vahid bir orqanizm kimi fəaliyyət göstərməsindən xəbər verir”.
Ekspert Azərbaycana fərdi hörmətini də ifadə edib və eyni zamanda neftin qiymətləri ilə bağlı nikbin proqnoz verib:
“Çox güman ki, neftin qiymətində artım bu ilin üçüncü rübündə, qlobal iqtisadiyyatın yenilənməsindən sonra başlayacaq. Bu ilin sonunda “Brent” markalı neft ən azı 50 dollar olacaq. Bu, tamamilə razı olduğum “Goldman Sachs”ın proqnozudur”.
Oxuməni.az


















































.jpg)

.jpg)


.jpg)







































