Sulduzda kürdlər tərəfindən həyata keçirilən qətliamdan 41 il ötdü
Bu gün Sulduz qətliamının il dönümüdür.
Oxuməni.az xəbər verir ki, aprelin 19-u 1979-cu ildə Cənubi Azərbaycanın Sulduz şəhərində kürdlər tərəfindən Azərbaycan türklərinə qarşı dəhşətli qətliam həyata keçirilib..
Qırğın İran İslam İnqilabı dövrünə təsadüf edir. İranda Şah hakimiyyətinin devrildiyi bir vaxtda ölkədə vəziyyətin gərginləşməsi kürd separatçı terrorçularının Sulduzda qətliam törədərək şəhəri azərbaycanlı əhalidən təmizləmək cəhdinə səbəb oldu.
Kürd terrorçuları siyasi partiya adı altında İranda çevrilişdən istifadə edərək, hərbi bazaları qarət edib və ağır-yüngül silahlarla Sulduz (Nəqədə) şəhərində toplanmağa başlayırlar. Onların məqsədi Azərbaycan torpaqlarının içinə daha çox nüfuz etmək və böyük Kürdüstanı yaratmaq olub. Şəhərdə yaşayan Azərbaycan türklərinin silahsız olaraq hücuma məruz qalması çox böyük itki ilə nəticələnir. Qətliamda uşaq-qadın-qoca demədən hər kəs öldürülüb, cənazələri vəhşicəsinə doğranılıb. Təxminən, 10 gün davam edən qırğın Urmiya şəhərinin sonradan imam cüməsi olan Molla Həsəninin rəhbərliyi altında hərbi qurumların Sulduza daxil olmasına son qoyması ilə başa çatır. Sonradan qətliamla bağlı acı xatirələrini bölüşən Molla Həsəni deyir:
«Bir evə getdim. Orada 11 şəxs bir yerdə öldürülmüşdü. Başqa bir yerdə 23 yaşlı gəlinin 6 aylıq körpəsinin başını sinəsi üstə iki şiş ilə sancaqlamışdılar».
Qətliamda Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər də bu terror aktından ağır zərbə alaraq çox böyük itki verib. Qətliam nəticəsində 2000-dən çox insan qətlə yetirilib, yüzlərlə insan yaralanmışdı.
Oxuməni.az


















































.jpg)

.jpg)


.jpg)







































