Bu gün XİN rəhbərləri Qarabağı müzakirə edəcəklər

Bu gün XİN rəhbərləri Qarabağı müzakirə edəcəklər

21 Aprel 2020 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın video-konfrans formatında görüşü olacaq.

Bu barədə Oxuməni.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər görüşün ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilməsini razılaşdırıblar.

Oxuməni.az