YAP-da qanvermə aksiyası keçirilib

YAP-da qanvermə aksiyası keçirilib

21 Aprel 2020 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışına Yeni Azərbaycan Partiyası (YAP) da qoşulub.

Oxuməni.az xəbər verir ki, aprelin 21-də təşkilatın icra katibliyində irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım etmək məqsədilə qanvermə aksiyası keçirilib.

Aksiyada təşkilatın 40-dan çox gənc üzvü könüllü olaraq iştirak edib.

Qeyd edək ki, YAP koronavirus pandemiyası dövründə bir sıra aksiyalar keçirib. Bugünkü qanvermə aksiyası da həmin tədbirlərdən biridir.

Oxuməni.az