Tramp: ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərəcək

Tramp: ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərəcək

23 Aprel 2020 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərmək niyyətindədir, bundan sonra avadanlıq İspaniya və İtaliyaya da gedəcək.

Oxuməni.az-ın məlumatına görə, bu barədə Ağ Evdə keçirilmiş brifinqdə ABŞ prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: "Bu gün (22 aprel) aparatlara ehtiyacı olan bir sıra ölkələrin dünya liderləri ilə danışdım. 500 ədəd aparatı Meksikaya, daha bir 500 aparatı Fransaya göndəririk, İspaniya, İtaliyaya [müəyyən miqdarda] göndərəcəyik".

D.Trampın sözlərinə görə, hazırda ABŞ-da təxminən 10 min ədəd miqdarında strateji süni tənəffüs aparatı ehtiyatı var.

Oxuməni.az