Sahibə Qafarova Qoşulmama Hərəkatının Zirvə görüşündən danışdı

Sahibə Qafarova Qoşulmama Hərəkatının Zirvə görüşündən danışdı

5 May 2020 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

“Ötən gün Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Zirvə görüşünün keçirilməsi həmrəylik baxımından çox vacibdir”.

Oxuməni.az-ın xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“40-dan çox üzv ölkənin dövlət və hökumət başçılarının, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşşəbüsünə dəstək verməsi və zirvə görüşünə qatılması bir daha Azərbaycanın və onun liderinin beynəlxalq aləmdə nüfuzunun çox yüksək olduğunu göstrərir”, - Sədr əlavə edib.

Oxuməni.az