Siyavuş Novruzov: "AXC-Müsavat cütlüyü 9 Mayı bayram kimi ləğv etməklə ərazilərimizin işğalının əsasını qoydu"

Siyavuş Novruzov: "AXC-Müsavat cütlüyü 9 Mayı bayram kimi ləğv etməklə ərazilərimizin işğalının əsasını qoydu"

8 May 2020 14:06
Bəyəndim (1) Bəyənmədim (0)

AXC-Müsavat cütlüyü 9 Mayı bayram kimi ləğv etməklə ərazilərimizin işğalının əsasını qoydu.

Oxuməni.az-ın məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Novruzov qeyd edib ki, 1992-ci ildə AXC-Müsavat hakimiyyətə gələndə Böyük Vətən Müharibəsində qəhrəmancasına vuruşan ata-babalarımızı vətən xaini adlandırmaqla torpaqlarımızın işğal olunmasına şərait yaratdılar. Hər bir adam bilirdi ki, onun ailəsində, nəslində döyüşən insanlar var. Amma onların özlərinin babaları, nəsli-nəcabətinin hamısı fərari idi. Özləri kimi fərarilərin adlarını ortaya çıxara bilmirdilər. O baxımdan da 9 Mayı ləğv edib, müharibəyə gedənləri vətən xaini adlandırdılar. İstər Əfqanıstan, istərsə də II Dünya müharibəsindən iştirak edənləri. Ulu Öndərin hakimiyyətə gəlməsi ilə bu ədalətsizlik tamamilə aradan qaldırıldı. Bu gün o insanlarımız da bilir ki, vətən onların arxasındadır”.

Oxuməni.az