ABŞ-ın vitse-prezidenti Pens Trampla canlı təmasını kəsib
ABŞ-ın vitse- prezidenti Maykl Pens özünütəcrid qaydasına keçərək prezident Trampla şəxsi təmaslarını dayandırıb.
Oxuməni.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makinani deyib. Pens bu addımı köməkçisində koronavirus aşkar edildikdən sonra atıb.
Makinani bildirib ki, Pens bir neçə gün ərzində Trampa yaxınlaşmayacaq. Bu vitse-prezidentin öz qərarıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Pensin mətbuat katibi Keti Millerdə virus aşkar edilib. Tramp bəyan edib ki, onun xəstə ilə şəxsən heç bir təması olmayıb.
Oxuməni.az
Digər xəbərlər


















































.jpg)

.jpg)


.jpg)







































