Angela Merkel ABŞ-da keçiriləcək G7 sammitinə getməyəcək

Angela Merkel ABŞ-da keçiriləcək G7 sammitinə getməyəcək

1 İyun 2020 13:00
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Federal kansleri Angela Merkel Vaşinqtonda keçiriləcək Böyük Yeddilər sammitinə dəvət edildiyi üçün Donald Trampa minnətdarlıq etsə də, pandemiya ilə bağlı yaranmış vəziyyətə görə, həmin tədbirdə iştirak edə bilməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə AFR-in mətbuat xidmətinin başçısı Şteffen Zaybertin rəsmi bəyanatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl Prezident Donald Tramp AFR, Böyük Britaniya, Fransa, Kanada, Yaponiya və İtaliya liderlərini Vaşinqtonda keçiriləcək G7 sammitində iştirak etməyə dəvət etmişdi.

Oxuməni.az