Çavuşoğludan Liviya açıqlaması

Çavuşoğludan Liviya açıqlaması

3 İyun 2020 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyadakı müharibəni Haftar qazana bilməz.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.

“Xaricdən dəstək almasa, Haftarın heç bir gücü yoxdur. Burada gedişatı biz təyin etdik. Maraqlarımız var. Bunu müdafiə etmək üçün lazım olan addımları atdıq və atmaqda davam edəcəyik”, - M.Çavuşoğlu bildirib.

XİN rəhbəri qeyd edib ki, sabah Liviya Milli Razılıq Hökumətinin rəhbəri Ankarada olacaq:

“Bölgənin sabitliyi bizim üçün vacibdir. Biz başqaları kimi qiyamçını dəstəkləmirik. BMT Təhlükəsizlik Şurasının qərarı ilə qanuni elan edilmiş bir hökumətlə işləyirik”.

Oxuməni.az