Lukaşenko: "Belarusda sabitliyi pozmaq istəyən bəzi qüvvələr fəallaşıb"

Lukaşenko: "Belarusda sabitliyi pozmaq istəyən bəzi qüvvələr fəallaşıb"

19 İyun 2020 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər Belarusda sabitliyi pozmaq istəyən bəzi qüvvələr fəallaşıb. Bununla belə, hakimiyyət ölkədə sabitliyi pozmağa yönələn genişmiqyaslı planın qarşısını ala bilib.

Oxuməni.az BELTA-ya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O qeyd edib ki, hakimiyyət Maydan hərəkatının qarşısını almağı bacarıb.

A.Lukaşenko bütün həyatını müstəqil, suveren dövlətin qurulmasına həsr etdiyini və heç kimə ölkəni parçalamağa icazə verməyəcəyini qəti şəkildə bəyan edib.

Oxuməni.az