Çin-Hindistan-Rusiya zirvəsi keçiriləcək

Çin-Hindistan-Rusiya zirvəsi keçiriləcək

23 İyun 2020 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Böyük iyirmilik” (G20) ölkələrinin qarşıdakı zirvə görüşü zamanı Çin, Hindistan və Rusiyanın dövlət başçılarının ayrıca görüşü keçiriləcək.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin tərəfinin təşəbbüsü ilə keçiriləcək görüşdən əvvəl xarici işlər nazirləri səviyyəsində də görüş keçiriləcəyini bildirib.

Xatırladaq ki, 2019-cu ilin 28 iyun tarixində Osakada keçirilən G20 zirvə görüşü zamanı Çinin dövlət başçısı Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi arasında ayrıca görüş keçirilmişdi.

Oxuməni.az