Əli Əhmədov: “Azərbaycan Ordusu dünyanın qüdrətli orduları sırasında layiqli yer tutub”

Əli Əhmədov: “Azərbaycan Ordusu dünyanın qüdrətli orduları sırasında layiqli yer tutub”

25 İyun 2020 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

“26 iyun - Silahlı Qüvvələr günüdür. Quruculuq prosesi ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutub”.

Oxuməni.az-ın xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - İcra Katibi Əli Əhmədov “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu gün Azərbaycan xalqı Ali Baş Komandanın müdrikliyi və ordumuzun gücü sayəsində işğal olunmuş torpaqlarımızın geri qaytarılacağına qəti əmindir.

Oxuməni.az