Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək

Putin, Ərdoğan və Ruhani videokonfrans keçirəcək

30 İyun 2020 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani iyulun 1-də videokonfrans keçirəcək.

Oxuməni.az-ın məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək.

Üç ölkə rəhbəri sonuncdu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.

Oxuməni.az