İraq Azərbaycana təşəkkür edib

İraq Azərbaycana təşəkkür edib

1 İyul 2020 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın Xarici İşlər və Səhiyyə nazirlikləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün İraqa göndərdiyi tibbi yardıma görə Azərbaycan hökumətinə və xalqına minnətdarlıq edib.

Bu barədə Oxuməni.az-a İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan hökumətinin bu yardımı ölkələrimiz arasında qardaşlıq bağlarının dərinliyini ifadə edən bir addım kimi dəyərləndirilib.

Xatırladaq ki, iyunun 30-da Azərbaycan hökumətinin 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırılıb.

Oxuməni.az