Türkiyədən Fransaya jest

Türkiyədən Fransaya jest

2 İyul 2020 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Şərqi Aralıq dənizi, Egey və Kipr mövzularında göstərdiyi təşəbbüsü müsbət qarşıladıq.

Oxuməni.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Almaniya səfərində keçirdiyi brifində deyib. O bildirib ki, Türkiyə problemlərin dialoq yolu ilə həll olunmasını istəyir:

“Berlində Haftarın həqiqi üzünü gördük. Liviya ilə bağlı Fransa daxil olmaqla, digər ölkələrlə də çalışmağa hazırıq. Liviya ilə bağlı mövqeyimiz bəllidir. Biz qanuni hökumətlə iş görürük. BMT qərarında bildirilir ki, Sərrac hökuməti ilə çalışın, digərlərilə yox. Türkiyə olaraq Liviyada hərbi məsləhətlər veririk. Bəziləri üçün Haftara gedən silahlar yox, Türkiyənin Liviya hökumətilə əlaqəsi problem olub”.

Oxuməni.az