Çavuşoğlu: “Britaniya ilə azad ticarət müqaviləsi imzalamağa çox yaxınıq”

Çavuşoğlu: “Britaniya ilə azad ticarət müqaviləsi imzalamağa çox yaxınıq”

10 İyul 2020 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

“Böyük Britaniya ilə azad ticarət müqaviləsi imzalamağa çox yaxınıq”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Britaniyada səfərdə olarkən “Financial Times”a verdiyi müsahibədə deyib.

O bildirib ki, Türkiyə və Britaniya arasında qarşılıqlı ticarət əlaqələri ilə bağlı hər hansı fikir ayrılığı yoxdur.

Nazir azad ticarət müqaviləsi ilə bərabər, Türkiyə vətəndaşlarının Britaniyada iş qurmaqlarına şərait yaradacaq müqavilənin də müzakirə edildiyini vurğulayıb.

Oxuməni.az