Hikmət Hacıyev: “Nazirlərin görüşü barədə bizdə məlumat yoxdur”

Hikmət Hacıyev: “Nazirlərin görüşü barədə bizdə məlumat yoxdur”

4 Avqust 2020 12:30
Bəyəndim (3) Bəyənmədim (0)

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş barədə bizdə məlumat yoxdur".

Bunu Oxuməni.az-a açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir görüşün keçirilməsi ilə əlaqədar bizdə məlumat yoxdur", - deyə PA rəsmisi vurğulayıb.
Xatırladaq ki, daha əvvəl "RİA Novosti" agentliyi ATƏT-in Minsk Qrupu çərçivəsində 3+2 formatlı, yəni Rusiya, ABŞ, Fransa nümayəndəsi olan həmsədrlər, həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında payızın əvvəllərində görüş keçirilə biləcəyinə dair məlumat yayıb.

Oxuməni.az